Pedaqoji fakültənin tələbələri Məhsəti Gəncəvi muzeyində ekskursiyada
14.04.2023-cü il tarixdə Pedaqoji fakültənin tələbələri Məhsəti Gəncəvi muzeyində ekskursiyada oldular.
14.04.2023-cü il tarixdə Pedaqoji fakültənin tələbələri Məhsəti Gəncəvi muzeyində ekskursiyada oldular.
Bədən tərbiyəsi və idman kafedrasının b/m Sədaqət Bəylərovanın “Məşqçilik” ixtisasında Atletikanın tədrisi metodikası fənnindən “Sədlərlə qaçış” mövzusunda nümunəvi dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, monitorinq qrupunun sədri dos.A.Quliyev, dekan müavini İ.Haqverdiyev iştrak etmişdilər.
12.04.2023-cü il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının b/m Günay Kazımovanın Təhsildə Sosial psixoloji xidmət ixtisasının III kursunda “Təhsilin əsasları” fənni üzrə “Dərketmənin müxtəlif üsulları” mövzusunda nümunəvi dərsi keçirildi. Dərsdə dekan müavini dos. Z.Hüseynzadə, kafedra müdiri dos. A.Quliyev, dekan müavini b/m İ.Haqverdiyev, kab.müdiri.A.Həsənova, b/m A.Əliyevca, müəl. Z.Ələkbərova.
Bədən tərbiyəsi və idman kafedrasında praktik dərslər yarış formasında keçirilir. Müəllimlər: B/m İlham Ağayev, b/m Tofiq Əliyev və müəl. Ülvi Əlizadənin 07.04.23-cü il tarixdə keçdikləri Fiziki tərbiyə və GQH ixtisasının III kursunda “Həndbol və OTM” fənni və Məşqçilik ixtisasında “Seçmə idman növlərinin nəzəriyyəsi və metodikası” fənnindən “Həndbol idman növünün taktikası” mövzusunda keçdikləri qarşılıqlı dərsləri nümayiş
Təhsildə sosial psixoloji xidmət ixtisasının III1 qrupu “Riyazi və statistik metodlar” fənnindən aralıq imtahan verdilər.
2023-cü il 05 aprel tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Səma Bəşir qızı Məhərrəmovanın “Dirijorluq-2” fənnindən “Müşayiətli xor əsəri üzərində iş. Məktəb mahnı-xor repertuarı üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nigar Rövşən qızı Vəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya ixtisasının IV kurs tələbələrinin Loqos Psixologiya Mərkəzinin Gəncə filialənda təcrübə proqramı uğurla başa çatdı. Yekun olaraq təcrübədə fəal iştrak edən universitet tələbələrinə Mərkəzin Gəncə filialında “Fəxri fərman”lar təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb, həmçinin 4 nəfər tələbəni işlə təmin edcəkləri söylənildi.
04.04.2023-cü il tarixdə Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun Fiziki tərbiyə ÇQH ixtisasının III kursunda “Hərbi topoqrafiya”mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə dekan dos. Z.Hüseynzadə, kafedra müdiri dos. N.Nəbiyev, dekan müavini b/m İ.haqverdiyev iştrak etmişdilər.
02.04.2023-cü il tarixdə İbtidai təhsilin metodikası və metodologiyası kafedrasının müəllimi Günel Abdullayevanın Savad təliminə hazırlıq məşğələsi üzrə “K səsi və hərfi” mövzusunda açıq dərsi keçirilmişdir.
“İbtidai sinif müəllimliyi” ixtisasının II2 qrup tələbələri “İbtidai siniflərdə riyaziyyat və OTM-3” fənnindən yoxlama imtahanında iştrak edirlər.