Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransda, müsabiqə-festivalda Gəncə Dövlət Universitetinin müəllim və tələbələri böyük uğur qazanmışlar
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika ali təhsil müəssisələlərinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festifalında “Musiqi fənləri” kafedrası nəzdində fəaliyyət göstərən tələbə musiqi kollektivləri böyük uğurla çıxış etmiş, 17 “Diplom” Universitetimizə təqdim edilmişdir. Həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən Respublika elmi-praktik konfransında “Musiqi müəllimliyi”








