“Müşayiətli xor əsəri və məktəb mahnı-xor repertuarı üzərində iş” mövzusunda açıq dərs

07 aprel 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının  müəllimi Səma Bəşir qızı Məhərrəmovanın “Dirijorluq-2”  fənnindən “Müşayiətli xor əsəri və məktəb mahnı-xor repertuarı üzərində iş” mövzusunda  “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Fidan Seymur qızı Balakişiyeva ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə  Gəncə Dövlət Universitetinin fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru “Psixologiya” kafedrasının dosenti,  açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər Hüseyn oğlu İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor S.Qurbanəliyeva, baş müəllimlər L.Nəbiyeva, s.ü.f.d. S.Rüstəmova, S.Şabanova iştirak etdilər.