“AZƏRBAYCAN ORDU QURUCULUĞUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR

11.03.2025-ci il tarixində Fiziki tərbiyə , çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının “Azərbaycan ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik seminar keçirildi.

Seminarda kafedranın professor-müəllim heyyəti , tədris köməkçi heyyət və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri iştirak edirdi.

Seminarı kafedra müdiri əvəzi b/m Mahnur Məmmədova açdı, Azərbaycan Dövlət Himni səsləndi, Ulu Öndərin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Baş müəllim fikrət Hüseynov seminar mövzusunda ətraflı çıxış etdi, tələbələri maraqlandıran sualları cavablandırdı.