“Bədənin möhkəmləndirilməsinin gigiyenası” mövzusunda açıq dərs

01 noyabr 2024 tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rəmziyyə Rəhimovanın Məşqçilik 4 cü kurs tələbələri ilə İdman təbabəti və gigiyena fənnindən “Bədənin möhkəmləndirilməsinin gigiyenası” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Fakültə dekanı dos. Zaur Hüseynzadə, kafedra müdiri baş müəllim Urfan Cabbarov və kafedranın baş müəllimi Tofiq Əliyev iştirak etdilər.