“HƏRBİ QULLUQÇULARIN MADDİ MƏSULİYYƏTİ” mövzusunda açıq dərs

18 oktyabr 2024-cü il tarixində Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının 2 kurs tələbələri ilə Hərbi qanunvericiliyin əsasları fənnindən “HƏRBİ QULLUQÇULARIN MADDİ MƏSULİYYƏTİ” mövzusunda açıq dərsi dinlənilmişdir. Dərsdə dekan müavini baş müəllim İlqar Haqverdiyev, Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri dos. Niyazi Nəbiyev, kafedranın müəllimi Sərxan Ə. və təhsilin keyfiyyətinə nəzarət komissiyasının üzvləri dos. Yahya Namazov və baş müəllim Urfan Cabbarov iştirak etdilər.