09 oktyabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Feride Füzuli qızı Məmmədovanın “Xorla işləmək təcrübəsi” seçmə fənnindən “Xorda artikulyasiya aparatı üzərində işin metodikası. Tələbələrin xorla təcrübə məşğələsi” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə laborator məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər S.Həsənova, L.Rəfibəyli, müəllimlər A.Abdullayeva, G.Tağıyeva iştirak etdilər.