ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib. “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” şüarı altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.İki gün davam edən konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal iştirakçıları salamlayıb.Konfransın əsas məqsədi həm fərdi, həm də ictimai rifaha əsaslanan formal və ya ömürboyu öyrənmə təhsil səviyyəsində bərabərsizliyi aradan qaldıran, o cümlədən bərabərliyi və ədaləti təşviq edən siyasət, eləcə də paradiqmaların yaradılmasını tövsiyə edə bilən elmi araşdırmaların və tədqiqatların dəyərləndirilməsidir.
Konfransa Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova da dəvət olunmuşdur.