“İri həcmli əsər, pyeslər və etüd üzərində iş” mövzusunda açıq dərs

13 may 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Günay Hafiz qızı Tağıyevanın “Əsas musiqi aləti-4” fənnindən “İri həcmli əsər, pyeslər və etüd üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Akif qızı Rəhimova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə iştirak etdilər: “Pedaqoji” fakültənin dekanı dosent Zaur Hüseynzadə, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Mehriban Hacıyeva, Rəşidə Məmmədova, Lalə Rəfibəyli müəllim Şövkət Bayramova.