Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması

Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Əlilliyi olan tələbələr üçün mərkəz fəaliyyət göstərir.Mərkəz Xəzər Universitetinin koordinatorluğu ilə “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsinin nəticəsi olaraq Avropa İttifaqının maliyyə dəstəyi əsasında yaradılmışdır. Mərkəzdə bütün növ əlilliyi olan şəxslərin təhsilə əlçatanlığını təmin edən elektron vəsaitlərin köməyi ilə siz Ali təhsil pilləsinin bütün səviyyələrinə yiyələnə biləcəksiniz.

MƏQSƏDİMİZ: – Əlilliyi olan şəxslərin Universitetimizdə digərləri ilə bərabər əsaslarla inklüziv, keyfiyyətli ali təhsilə cəlb etmək;- Fərdi ehtiyacları nəzərə alaraq ağlabatan uyğunlaşdırmalar aparmaq;- inklüzivliyin tam şəkildə təmin olunması hədəfinə uyğun olaraq, akademik və sosial inkişafa maksimum şərait yaradan mühitlərdə fərdi ehtiyaclara uyğunlaşdırılmış dəstək tədbirlərini təmin etmək.

Çünki: TƏHSİL HAMI ÜÇÜNDÜR!!!!