17 aprel 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi sənətşünaslq üzrə fəlsəfə doktoru Nüşabə Nəriman qızı Seyfullayevanın “İbtidai siniflərdə musiqi və onun tədrisi metodikası” fənnindən “Üçsəsli akkordlar və onların dönmələri (qurmaq, çalmaq, oxumaq)” mövzusunda pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə praktik məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə iştirak etdilər: “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Pedaqoji” fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Mehriban Hacıyeva, Gültəkin Məhərrəmova, Lalə Rəfibəyli, Sevil Şabanova.