02 aprel 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Məzahir qızı Nəbiyeva “Xorşünaslıq” fənnindən “Xora ton vermənin üsulları, xorla texniki məşğələlər” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.Açıq dərsdə iştirak etdilər: “Pedaqoji” fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva, baş müəllimlər: Sevinc Rüstəmova, Rəfibəyli Lalə, müəllimlər Aləmzər Abdullayeva, Şövkət Bayramova, Fəridə Məmmədova.