“Ümumtəhsil məktəblərində musiqi dərsinin tədrisi metodikası (8-ci sinif)” mövzusunda açıq dərs

28 noyabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Zahid qızı Həsənovanın  “Musiqi fənninin tədrisi metodikası-2” fənnindən “Ümumtəhsil məktəblərində musiqi dərsinin tədrisi metodikası (8-ci sinif)” mövzusunda  pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə mühazirə  şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.

Açıq dərsdə iştirak etdilər: “Pedaqoji” fakültənin dekanı dosent Zaur Hüseynzadə,  “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər Mehriban Hacıyeva, Leyla Nəbiyeva, müəllimlər Səma Məhərrəmova, Feride Məmmədova.