Gəncə SOS Uşaq Kəndində Uşaq xoru ilə praktik məşğələlər

Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə “Pedaqoji” fakültəsinin tələbələri (III kurs – Pənahova Türkan, Abdullayeva Leyla; IV kurs – Namazova Günel, Xəlilova Nərminə), “Musiqi fənləri” kafedrasının müdiri professor S.Qurbanəliyeva, baş müəllim Leyla Nəbiyeva və müəllim Feride Məmmədovanın rəhbərliyi ilə Gəncə SOS Uşaq Kəndində Uşaq xoru ilə praktik məşğələləri mütəmadi keçirməklə vətənpərvərlik mövzusunda konsert proqramlarının hazırlanmasını təmin edirlər.