“İri formalı və kiçik formalı əsərlər üzərində iş” mövzusunda açıq dərs

23 oktyabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Əli Sahib oğlu Əliyevin “Əsas musiqi aləti-3” fənnindən “İri formalı və kiçik formalı əsərlər üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Rafiq Ramil oğlu Hüseynov ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Fortepianoda müşayiət edir konsertmeyster Lalə Vüqar qızı Kazımova , Fərdi məşğələdə iştirak etdilər: S.ü.e.d., professor Sevda Qurbanəliyeva, Baş müəllim Leyla Nəbiyeva, Müəllim Səma Məhərrəmova , Müəllim Feride Məmmədova