09.10.2023-cü il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi İsgəndərova Rəfiqə Əmirxan qızının Məktəbəqədər təhsil ixtisasının 3-cü kursunda “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi” fənnindən “Mənəvi əxlaqi tərbiyənin üsul və vasitələri” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dossent Hüseynzadə Zaur və Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dossent Allahverdi Quliyev iştirak etdilər.