İmtahan sessiyasına saylı günlər qalıb. Bunu nəzərə alaraq Bədən tərbiyəsi və idman kafedrası fakültə ilə birgə qabiliyyət imtahanlarının məsləhət saatlarını qrafikə uyğun qururlar.
Məşqçilik ixtisasının I kurs tələbələri Gimnastika və OTM fənnindən nəzarət normativlərinin siyahısında olan paralel qollarda və idman keçisində hərəkətləri icra edirlər, müəllim Hüseynova Elnarə tərəfindən lazımi məsləhətlər alırlar. Kafedranın baş müəllimi İlham Ağayev Fiziki tərbiyə və çağraşıqədərki, hazırlıq ixtisasının III kurs tələbələrinə voleybol və OTM fənnindən məsləhətlər verir.