09 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.
Konfransda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin F.Əmirovun yaradıcılığına həsr olunmuş mövzularda elmi məruzələri dinlənilmiş, slaydlar nümayiş etdirilmiş, bəstəkarın müxtəlif janrlarda bəstələdiyi əsərlər tələbələrin ifasında səsləndirilmişdir.
Gəncə Dövlət Universitetinin “Gəncə SOS Uşaq kəndi” ilə əməkdaşlığının nəticəsi olaraq, “Musiqi fənləri” kafedrasının müəllimi Leyla Nəbiyevanın və “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin iştirakı ilə yaradılmış Gəncə SOS Uşaq kəndinin Uşaq xor kollektivi konfransda F.Əmirovun uşaq mahnılarını ifa etmişdir.
Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək SOS Uşaq kəndi Uşaq xoru üzvlərini ilk konsert çıxışları və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı münasibəti ilə təbrik edərək, onlara bayram sovqatları təqdim etmişdir.