Inkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi təhsil olmalıdır. Pedaqoji kadrlar gələcək nəsillərin mənəvi sağlamlığının birinci qarantıdır. Sivilizasiyanın inkişafı insanın mənəvi inkişafına bağlıdır. İnsanlıq naminə qurub-yaratmaq, insansevər, bəşərsevər vətəndaşın yetişməsi bütün müasir dünyamızın devizidir. İnsanlıq naminə insanı sevmək səriştəsi şəxsiyyətin sosiallaşmasında bir insan ömrü boyunca qırmızı xətlə keçməlidir.
Pedaqoji kadrların yetişdirilməsi çox məsualiyyətli məqamlardan biridir. Təhsil Strategiyasının ikinci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
XXI əsrin iqtisadi xaosunda səriştəli pedaqoji kadrların üzərinə yeniləşən dünyanın tələblərinə müvafiq işin düzgün qurulması ağırlığı düşür. Yeni təfəkkür, yeni düşüncə təhsilimizin hədəflərini müəyyənləşdirir.
GDU Pedaqoji fakültəsində Təhsilin fəlsəfəsi fənninin tədrisi prosesində (fənn müəllimi dos. Z.V.Bayramova) sinif müəllimliyi ixtisasının 31 kursunda seminar məşğələsində tələbələrimiz “Cəmiyyətin təhsil ehtiyaclarını araşdırırlar”. Cəmiyyətdə baş verən hadisələrin təhsil prosesinin gedişatına təsirini dəyərləndirməklə, ziddiyətlərin həlli yolunu taparaq hərəkətverici qüvvəyə çevrilməsinə nail olmaq – əsas məqsəddir. Tələbələr çox böyük həvəslə cəmiyyətin təhsil ehtiyaclarının araşdırılması çərçivəsində təhsil prosesinin iştirakçıları olan təhsilverənlər, təhsilalanlar, təhsildə maraqlı olanlar rakususndan hüquqi bazanı əsas götürərək, məsələlərə işıq saldılar. Çox maraqlı kreativ fikirlər səsləndi, strateji seçimlər təqdim edildi, müəllimin təhsil fəlsəfəsinin bəzi məqamlarını nəzərə alaraq cəmiyyətimizin gələcəyini quracaq – böyüməkdə olan nəslin təlim-tərbiyə prosesinin prioritetləri vurğulandı. Məşğələ maraqlı keçdiyindən zamanın necə tamamlanmasını tələbələr hiss etmədilər.