Pedaqoji fakültənin Təhsildə Sosial Psixoloji Xidmət, Psixologiya ixtisasları üzrə 4 kurs tələbələri universitetin nəzdində olan Regional Kollecdə pedaqoji təcrübədə iştirak edirlər. Psixologiya ixtisasının 4 kurs tələbəsi Gülər Süleymanovanın “Məktəbəqədər dövrdə uşaqların əqli proseslərin əsas xüsusiyyətləri” mövzusunda sınaq dərsi keçirilmişdir. Dərsdə Regional Kollecin şöbə müdiri Etibar Murğuzov, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbərləri Leyla Həsənova, Pərvanə Məmmədova və təcrübəçi tələbələr iştirak edirdilər.
Təcrübəçi tələbə Gülər Süleymanova mövzuda nəzərdə tutulmuş əsas məsələləri ətraflı izah etdikdən sonra, məktəbəqədər yaş dövründə diqqətin inkişafı, hafizənin əsas xüsusiyyətləri, nitqin, təfəkkürün və təxəyyülün inkişaf xüsusiyyətlərini əsas istiqamətlərini və metodlarını əyani şəkildə tələbələrə çatdırdı. Məsələn: Diqqət – psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir. Təfəkkür – insanın psixi idrak fəaliyyətinin ən yüksək pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsilə əks etdirilməsidir.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Təcrübəçi tələbələr Regional Kollecin tələbə və müəllimləri ilə xatirə şəkilləri çəkdirdilər.