“Azərbaycan müəllimi” qəzetinin 25.02.2022-ci il tarixli 08 (8966) sayında dərc olunmuş elana əsasən Pedaqoji fakültədə boş olan dekan vəzifəsini tutmaq üçün fakültə əməkdaşlarının ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda fakültənin 108 nəfər, səshüquqlu professor-müəllimheyəti iştrak etmişdir.
Yığıncaq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 15.12.2017-ci il tarixli 5/5 saylı qərarı ilə kafedra müdiri, dekan və dekan müavini vəzifəsinin tutulması qaydalarına uyğun təşkil edilmiş və gizli səsvermənin nəticəsinə görə Bədən tərbiyəsi və idman kafedrasının dosenti Hüseynzadə Zaur Rafael oğlunun elmi-pedaqoji fəaliyyəti təşkilatçılıq və idarə etmə qabiliyyəti nəzərə alınaraq Pedaqoji fakültənin dekanı seçilmişdir.
Pedaqoji fakültə əməkdaşları adından dosent Hüseynzadə Zaur Rafael oğlunu təbrik edir, işlərində uğurlar arzulayırıq.