Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının rəhbərliyi ilə İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Məmmədova İlknur Bədər qızının M.C.Paşayevin adına 39 saylı tam orta məktəbin 3d sinifində 13 aprel 2022-ci il tarixdə “Ana dili” fənnindən “Kərpickəsən qocanın hekayəsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərs GDU-nun tədris işləri üzrə prorektoru dos.Ş.Xurşudov, karyera və təcrübə şöbəsinin müdiri dos. C.Qarayev, Pedaqoji fakültənin dekanı müavini b/m İ.Haqverdiyev, “Təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri dos. A.Quliyev, kafedranın təcrübəyə rəhbər müəllimləri b/m R.İsgəndərova və müəl. V.Məmmədova, 39 saylı məktəbin direktoru N.Rzayev, direktor müavini R.Miskinova, 3d sinif müəllimi L.Cəfərova iştrak etdilər.