Gəncə “Psixologiya 2022”

13 mart 2022-ci ildə Məhsəti Gəncəvi mərkəzində Gəncə “Psixologiya 2022” adlı konfrans keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri dos. Z.Cavadovanın təşəbbüsü ilə kafedranın professor-müəllim heyəti, “Psixologiya” və “TSPX” ixtisasının tələbələri də yaxından iştrak etmişlər. Konfransda sosial-psixoloji problemlə bağlı mövzular geniş müzakirə olunmuş və ixtisas qruplarında təhsil alan tələbələrimizin böyük marağına səbəb olmuşdur…