23 dekabr 2021-ci il tarixində Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri “Nizami Gəncəvinin poetik irsi Azərbaycan bəstəkarlarının vokal əsərlərində” mövzusunda TEC xətti ilə hazırladıqları elmi, yaradıcılıq işlərini “Musiqi fənləri” kafedrasında keçirilən elmi-praktik konfransda təqdim etmişlər.
Elmi-praktik konfransda tələbələr elmi məruzələrlə çıxış etmiş, Nizami Gəncəvinin poetik mətnlərinə Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərləri ifa etmiş, həmçinin mövzu ilə bağlı slaydlar nümayiş olunmuşdur.
Əhmədova Fidan, Rüstəmova Nigar, Sadıqova Zəhra (elmi məruzələr), İbrahimova Gülnaz, Xəlilova Nərminə (vokal), Qarayeva Ülviyyə, Qurbanova Məryəm, Namazova Günel (fortepiano müşayiəti), Hüseynova Simarə, Abbasova Aysu, Abbasova Xanım (mövzu ətrafında çıxışlar) xüsusilə fərqlənmişlər.
Tədbirin sonunda fakültə dekanı dos. B.Apoyev çıxış edərək elmi-praktik konfransın yüksək səviyyədə təşkili üçün kafedra müdiri professor S.Qurbanəliyevaya, baş müəllimlər S.Həsənova və M.Hacıyevaya, müəllimlər Ü.Quliyeva və S.İbrahimovaya təşəkkürünü bildirmişdir.