MƏMMƏDOVA VƏFA OKTAY QIZI

13 dekabr 1973-cü ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur.

1998-ci ildə Gəncə Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının bakalavriat pilləsinə qəbul olunmuş-2003-cü ildə isə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir.

2004-2007-ci illərdə GDU-nin təhsilin Magistratura pilləsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasına qəbul olunmuş və həmin ixtisası fərqlənmə ilə bitirmişdir.

2003-2020-ci illərdə Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültənin “Təhsilin pedaqogikası və metodikası” kafedrasında kabinə müdiri işləmişdir.

2020-ci ilin sentyabr ayından hal-hazıradək elə həmin kafedrada müəllim kimi fəaliyyətimi davam etdirir.

Xeyli sayda elmi-metodik məqalə, tezis və fənn proqramlarının müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir: 2 qız, 1 oğul anasıdır.