Nizami Gənvəvinin 880 illik yubileyinə həsr edilmiş “Musiqi fənləri” kafedrasında “Nizami Gıncəvinin musiqi dünyası” mövzusunda online konfrans keçirilmişdir

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyindən Gəncə Dövlət Universitetinin 18.02.2021-ci il tarixli 5/40 saylı əmrinə əsasən  Universitetin kafedralarında konfransların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Əmrin icrası ilə əlaqədar 27 aprel 2021-ci il tarixində “Musiqi fənləri” kafedrasında “Nizami Gıncəvinin musiqi dünyası” mövzusunda online konfrans keçirilmişdir.  Konfransın işində pedaqoji fakültənin dekanı dos. B.Apoyev, “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti, bakalavriat və magistratura təhsil pillələri üzrə Universitetin “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələr iştirak etmişlər.

Konfrans proqramı