30.03.2021-ci il tarixdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültə dekanlığının təşkilatçılığı ilə “31 mart- Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin və soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra tədbiri fakültə dekanı Bayram Apoyev “Giriş sözü” ilə açaraq erməni faşistlərinin son 120 ildə Azərbaycanda törətdikləri vəhşiliklər haqqıda qısa məlumat vermişdir.
Universitetin humanitar məsələlər üzrə prorektoru G.Fətəliyevanın çıxışından sonra söz tələbələrə verilmişdir. Onların soyqrımla bağlı çıxışları, vətənə, şəhidlərə, soyqrım qurbanlarına həsr olunan şerləri tədbir iştrakçıları tərəfindən maraqla qarşılanmışdır.