18.02.2020-ci il tarixində (27.12.2019-cu il tarixli«Azərbaycan» qəzetində dərc olunmuş 49(8864) saylı müsabiqə elanına əsasən kafedrada boş olan 1.0 ştat baş müəllim yerini tutmaq üçün) Rəfiqə Əmirxan qızı İsgəndərovanın Pedaqoji fakültənin “İbtidai sinif müəllimi” ixtisasının III kursunda Sosial pedaqogika fənnindən “Sosial pedaqogikanın mövzusu, məqsədi və vəzifələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, dekan müavini dos. İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos.A.Quliyev, b/m Ə.Şərifova, L.Rüstəmova və bir qrup əməkdaşları iştrak edirdilər.