11 dekabr 2019-cu il tarixdə GDU-nun II tədris korpusunu akt zalında Pedaqoji fakültə TEC sədri b/m T.Cabbarovanın təşəbbüsü ilə “Depressiya” mövzusunda elmi seminar keçirildi.
Pedqoji fakültənin dekanı dos. B.Apoyev tədbiri açıq elan edərək bildirdi ki, fakültəmizdə vaxtaşırı elmi seminarlar keçirilir. Gənclərin elmi seminarlarda fəal olmasında TEC sədri, Psixologiya kafedrasının müəllimləri, kafedra müdiri dos. Z.Cavadovanın böyük diqqət və qaygısı olduqlarını bildirdi.
Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova tələbələrimizin elmi mövzulara maraqlarının artdığını və əvvəlki illərdən daha yüksək olduğunu qeyd etdi.
Tələbələrimiz Fatimə, Xanım, Qumral məruzələrində depressiyanın mənfi tərəflərinin aradan qaldırılmasını üsul və metodlarını seminar iştrakçılarına çatdırdılar. Həmçinin qeyd etdilər ki, depressiyanın ağır və yüngül formasına bütün insanlar öz həyatında rast gəlir. Elmi seminar çox maraqlı diskussiya şəklində keçirildi, sonda tələbələr “Fəxri fərman”a layiq görüldülər.