“Qammalar. İri həcmli əsər üzərində iş” mövzusunda açıq dərs keçirildi

17.10.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Qədirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “Qammalar. İri həcmli əsər üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos. B.Apoyev, kafedra müdiri prof. S.Qurbanəliyeva, baş müəllimlər N.Haqverdiyeva, M.Hacıyeva, S.Şabanova, S.Rüstəmova iştirak etdilər.