8.05.2019-cu il tarixində Pedaqoji fakültənin TSPX ixtisasının II kursunda Psixologiya kafedrasının b/m Telli Cabbarovanın İnkişaf və yaş psixologiyası fənnindən “Yeniyetməlik yaş dövründə şəxsiyyətin inkişafı” mövzusunda açıq dərsi keçirildi. Müəllim dərsdə mövzunun məzmununa aid çoxsaylı slaydlardan, motivasiya, fəal təlim və interaktiv metodlardan istifadə edərək məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekan müavini b/m İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, b/m L.Həsənova, b/m A.Babayeva,b/m S.Şahverdiyeva, müəl.H.Verdiyeva, müəl.S.Şahverdiyeva iştirak edirdi. Müzakirələrdən sonra dərs “əla ” qiymətləndirildi.