24.04.2019-cu il tarixində İbtidai sinif müəllimliyi ixtisasının I kursunda İnformatika kafedrasının baş müəllimi Sevinc Orucovanın Təhsildə İKT fənnindən “Biliklərin qiymətləndirilməsi üçün proqram təminatı” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos.Ə.Aslanov və kafedranın bir qrup nümayəndəsi iştak edirdi. Müzakirədən sonra dərs “əla” qiymətləndirildi.