TƏHSİLDƏ SOSİAL PEDAQOJİ XİDMƏT İXTİSASININ IV KURS TƏLƏBƏSİNİN SINAQ DƏRSİ

 

Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının 4-cü kurs  tələbəsi Səbinə Mikayılovanın Psixolofiya fənnindən, “Xarakter haqqında məlumat” mövzusunda  sınaq dərsi olub.

Gəncə Regional Humanitar Kollecinin Təsviri incəsənət ixtisasının 3-cü kursunda təhsil alan tələbələr üçün keçirilən dərsdə Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, metodist müəllimlər Pərvanə Məmmədova, Leyla Həsənova, Təcrübə və karyera şöbəsinin əməkdaşı Ülviyyə Ələkbərova, kollecin ixtisas üzrə fənn müəllimi Günel İsgəndərova və təcrübədə olan tələbələr iştirak ediblər.

Təcrübəçi tələbə dərsdə mövzuya aid olaraq xaraketrin formalaşma xüsusiyyətləri, tipik və fərdi əlamətlər, xarakterin aksentasiyası və psixopatiyanın oxşar və fərqli cəhətləri haqqında geniş məlumat verib. İnteraktiv metodla tədris olunan dərsin gedişində əyani vəsaitlərdən istifadə edilib. Tələbələr mövzu ətrafında sual – cavabda aktiv iştirak ediblər. Sonda sınaq dərsi təhlil olunub, təcrübəçi tələbəyə metodiki tövsiyyələr verilib.