13.03.2019-cu il tarixində Gəncə şəhər M.Fizuli adına 22 nömrəli məktəbdə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə TSPX ixtisasının IV kurs tələbəsi Mikaylova Səbinə “Məktəb dezadaptasiyası sindiromu” mövzusunda seminar-treninq keçmişdi.
Seminarda Pedaqoji kakültənin dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, pedaqoji təcrübəyə rəhbərlik edən b/m L.Həsənova və b/m P.Məmmədova, karyera şöbəsinin əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, eləcə də valideynlər yaxından iştirak etmişlər.
Mövzu aktual olduğundan hər kəsin marağına səbəb oldu və rəğbətləndirildi.