06.03.2019-cu il tarixində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə rektorluğun təşkil etdiyi təntənəli tədbir keçirildi. Hörmətli rektorumuz prof. Y.Yusibovun təbrik çıxışından sonra universitetin qadın əməkdaşlarının böyük bir qrupu “Fəxri fərman”, “Təşəkkür” və pul mükafatı ilə təltif olundu. Təltif olunanlar arasında fakültəmizin üç nəfər əməkdaşı (dekanlığın tyutoru Nahidə Yusifova; Ümumi pedaqogika kafedrasının baş müəllimi Ülkər Məmmədova; Təhsilin pedaqogikası və metodikası kafedrasının kabinet müdiri Vəfa Məmmədova) da var idi. Tədbirin bədii hissəsində də fakültəmizin kollektivi fəal iştrak etdi. Belə ki, fakütəmizin dekanı, alim-şair Bayram Apoyevin “Azərbaycan qadınları” şeirin səsləndirilməsindən sonra söz fakültənin Musiqi müəllimliyi ixtisasının tələbələrinə verildi. Musqi fənləri kafedrasının müdiri prof. S.Qurbanəliyevanın rəhbərliyi ilə tədbirlərin hazırladığı konsert tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılandı.