22.02.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Pedaqoji fakultədə “Xocalı faciəsi”nin il dönümü ilə bağlı tədbir praqramı təşkil edildi…Əvvəlcə Qətliamda şəhid düşmüş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi…Dekanımız Hörmətli Apoyev Bayram müəllim tələbələrə Xocalı faciəsi haqqında məlumat verib tədbirimizi açıq elan etdi…Sonra isə söz Psixologiya kafedra müdiri Cavadova Zümrüd müəlliməyə verildi…Sonra isə “Xocalım” şeirini danışmaq üçün söz Ibtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Bəsirova Zümrüdə verildi…”Xocalı faciəsi” adlı video çarxı izləndi…Dekanımız Bayram müəllimə məxsus olan “Qalmadı” şeirini danışmaq üçün söz Məktəbəqədər təlim tərbiyə ixtisası III kurs tələbəsi Abdulrəhmanova Nazpəriyə verildi…. Şeir xronologiyası sesləndi… Və sonda “Cənab leytenant” mahnısı ilə tədbir yekunlaşdırıldı.