13.02.2019-cu il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:
- Tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr – Dos. B.F.Apoyev.
- Tədris ilinin II yarısı üçün həvəsləndirici təqaüdlərin təsdiqi.
- Fakültə Elmi Şürasının 2018-2019-cu tədris ilinin II yarsı üçün iş planının təsdiqi – Elmi katib.
- Psixologiya kafedrasında boş olan müdir vəzifəsini tutmaq üçün verilmiş ərizənin (dos. Z.Cavadova) müzakirəsi – dos.B.Apoyev.
- Təhsilin pedaqogikası və metodikası kafedrasında boş olan müdir vəzifəsini tutmaq üçün verilmiş ərizənin (dos.A.Quliyev) müzakirəsi – dos.B.Apoyev.
- Müsabiqə üzrə müəllim seçkisi – İ.Haqverdiyev.
- Cari məsələ: 1. Təhsilin pedaqogikası və metodikası kafedrasının əməkdaşları dos.T.Məmmədova və p.ü.f.d. Ş.Binnətova tərəfindən yazılmış İbtidai sinif müəllimlyi ixtisası üçün “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” adlı fənn proqramının müzakirəsi. 2. 12 fevral 2019-cu il tarixdə saat 11:00-da keçirilən İnkluziv təhsil fənni üzrə keçirilən test imtahanında imtahan qaydaları gobud pozulub. Təhsildə sosial-psixoloji xidmət ixtisasının 2 kurs tələbələri Məmmədov Nurlan Elcan oğlu və İsazadə Pərvin Söhrab oğlu barəsində tərtib edilən “Akt”-ın müzakirəsi.