04.12.2018-ci il tarixdə GDU-nun Pedaqoji fakültə Psixologiya kafedrasının b/m Alvina Babayeva Gəncə şəhəri 45 saylı xüsusi məktəbdə “Defektalogiya və loqopediyanın əsasları” fənnindən “Kompleks qüsurlu uşaqların korreksiyası” mövzusunda açıq dersi keçirilmişdir. Dərsdə məktəbin müdiri M.Rzayeva, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, kafedranın müəllimləri və TSPX ixtisasının II-IV kurs tələbələri də fəal iştirak etmişlər.
Məqsəd əqli və fiziki cəhətdən qüsurlu uşaqların hərtərəfli öyrənilməsi və sistemli korreksiya yollarını araşdırılması olmuşdur.
Belə dərslərin yerində (əyaniliklə) keçirilməsi tələbə gənclərin bilik və bacarıqlarının möhkəmlənməsinə xidmət edir.