“DÖVLƏT BAYRAĞI GÜNÜ”

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb.

Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

8 noyabr 2018 –ci il tarxidə Gəncə Dövlət Universitetinin II Tədris binasında “9 noyabr–Dövlət Bayrağı günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm xanım Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Qasımova Afaq Qulam qızı,  Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyev, digər fakültələrinin professor – müəllim heyəti və tələbələr də iştirak etdilər.