AÇIQ DƏRS – B/M AYNUR NOVRUZOVA

05.11.2018-ci il tarixdə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının IV kursunda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aynur Novruzovanın Uşaq ədəbiyyatı fənnindən “20-ci əsrin ilk iki onilliyində Azərbaycan uşaq mətbuatı” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı B.Apoyev, kafedra müdiri dos.M.Ehmədov və kafedranın bir qrup əməkdaşı iştirak edirdi. Dərsdə interaktiv təlim üsullarından bacarıqla istifadə edən müəllim seminar məşğələsindən bütün tələbələrin fəallığını təmin edərək məqsədinə nail oldu. Dərs geniş müzakirə edildi və “əla” qiymətləndirildi.