AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏBƏDİDİ, DAİMİDİ, DÖNMƏZDİR!

17.10.2018-ci il tarixdə Universitetin 2-ci tədris binasının Akt zalında fakültə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidi,daimidi, dönməzdir” mövzusunda tədbir keçirilmişdir. Azərbacanın Dövlət Himni səsləndiriləndən sonra tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. B.Apoyev Dövlət müstəqilliyimizin əhəmiyyətini Ulu Öndərin:”Azərbaycanın Dövlət Müstəqilliyi xalqımızın ən böyük sərvətidir” sözlərini vurğulamaqla qeyd etdi, “18 oktyabr – Müstəqillik günü” münasibətilə fakültənin kollektivini təbrik etdi. Sonra Humanitar məsələlər üzrə prorektor  dos. G.Fətəliyeva tədbir iştrakçılarına öz təbriklərini çatdırdı.

Tələbələrin ifasında  Məmməd Arazın “Azərbaycan”, “Qalx ayağa, Azərbaycan!”, Bayram Apoyevin Ulu Öndərə həsr olunmuş “Xilaskarısan” şeirləri tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılandı.

https://www.youtube.com/watch?v=PezN1sAK-ls&feature=youtu.be