09.10.2018-ci il tarixdə Universitetin 2-ci tədris binasındakı “Oxu zalı”ında Pedaqoji fakültənin dekanlığı və universitetin 1 №-li qiraətxanasının “Narkomaniyaya yox deyək!” mövzusunda təşkil etdikləri tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən fakültə dekanı B.Apoyev narkomaniyanı xərçəng xəstəliyindən də qorxulu sosial-psixoloji bəla adlandırmışdır. Sonra çıxış edənlər: Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, həmin kafedranın baş müəllimi İ.Məmmədov, Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Dilarə Sulltanova narkomaniyanı törədən səbəblər və onun fiziki, psixoloji, sosial fəsadlarının ağır nəticələri barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırdılar.