11.06.2018-ci il tarixində Pedaqoji fakültədə “15 iyun – Milli qurtuluş günü” münasibətilə tədbir keçirildi. Universitetin Humanitar mesələlər üzrə prorektoru dos. G.Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının qurulmasında, ölkənin vətəndaş müharibəsindən qurtarılmasında və sosial-iqtisadi tərəqqisində tarixi xidmətlərini vurğuladı. Dosent Z.Bayramova öz çıxışında Ulu Öndərlə bağlı uşaqlıq xatirələrindən danışdı. Fakültə dekanı dos. B.Apoyevin ümümmilli liderimizə həsr etdiyi “Xilaskarısan”şeiri öz ifasında tədbir iştrakçılarının sürəkli alqışları ilə qarşılandı. Digər çıxışlar və səsləndirilən şeirlər də iştrakçıların marağına səbəb oldu.