17.05.2018-ci il tarixində fakültənin İbtidai sinif müəllimliyi ixtisasında Rus dili kafedrasının baş müəllimi Mehriban Məmmədovanın “Спорт в нашей жизни” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun nümayəndəsi dos. C.İbrahimov, kafedra müdiri K.Əhmədova və kafedranın bir qrup eməkdaşı iştrak edirdi. Müəllim dərsdə müxtəlif interaktiv təlim metodlarından bacarıqla istifadə edərək, tələbələrin fəallığını tam təmin etdi və məqsədinə nail oldu. Dərs “əla” qiymətləndirildi.