3.04.2018-ci il tarixdə GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri şəhər 2 saylı uşaq bağçasında pedaqoji təcrübə keçmişlər. Keçirilən təcrübədə Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, kafedranın bir qrup əməkdaşları və tələbələr fəal iştirak etmişlər.
Məqsəd məktəbəqədər yaşlı uşaqların idrak proseslərinin inkişafı və fərdi xüsusiyyətlərinin öyrənilməsindən ibarət olmuşdur.
Təcrübənin keçirilməsinə şərait yaradan və yaxından köməklik göstərən bağçanın müdiri Aidə Səfərovaya və kollektivin üzvlərinə minnətdarıq.