PEDAQOJI FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN NÖVBƏTİ UĞURU “AĞ ÖLÜMÜN QARA FƏSADI”

Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Psixologiya kafedrasının baş müəllimi Cabbarova Telli Rəhim qızının təşəbbüsü və rəhbərliyi ilə  16.03.2018-ci il tarixində  Təhsildə Sosial Psixoloji xidmət (TSPX) III kurs tələbəsi  Sultanova Dilarə Nemət  qızının “Ağ ölümün qara fəsadı” adlı elmi seminarı Pedaqoji fakültənin oxu zalında keçirildi.  Elmi seminarda Pedaqoji fakültənin  dekanı dosent Bayram Apoyev, Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Cabbarova Telli, Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, Psixologiya kafedrasının müəllimləri, Pedaqoji fakültə TSPX I, II, III kurs, Psixologiya  I kurs, Məktəbəqədər təlim-tərbiyə  ixtisasları tələbələri iştirak etdi. Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin sədri  baş müəllim  Telli Cabbarova cıxış edərək bildirdi ki, o, TEC sədri kimi fəaliyyət başladığı  2011-ci ildən hər il  müxtəlif elmi seminar təşkil etməklə gənclərin təlimdə uğur qazanmaqlarına nail  olmuşuq. Bu gün də “Ağ ölümün qara fəsadı” mövzusunda  tələbələrin narkotik  dərmanların tibbdə müsbət, həyatda isə vərdiş halında  ağ ölüm kimi insanın məhvindən danışacayıq, bizə dəstək olan fakültəmizin hər bir fərdinə cox təşəkkür edirəm.

Dos. Zümrüd Cavadova çıxış edərək bildirdi ki, Sultanova Dilarə Nemət  qızı daim fəal tələbələrimizdən biridir. Psixologiya kafedrası daim gənclərimizə  Elmi seminar mövzularının, məqalələrin işlənməsində, seçilməsində daha  çox kömək edir. Kafedra müdiri kimi məndə daim  tələbələrimizin inkişafında onlara öz qayğımı göstərirəm.

Tələbə Sultanova Dilarə “Ağ ölümün qara fəsadı” mövzusunda narkotik vasitələrin tibbdə  müsbət ağrıkəsici , gündəlik həyatda isə ağ ölüm kimi insanları məhv etdiyindən, bəşəriyyətin sağalmaz xəstəlik olduğunu izah etdi, gənclərimizi ağ ölümdən qorumaqda hamının fəal olmasına səslədi.

Elmi seminar cox uğurlu keçdi, tələbələr çox fəal iştirak etdi. Dilarəyə növbəti  Elmi seminarlarında da  uğur  arzulayırıq.

Sonda Dilarə dekan dosent Bayram Apoyev, kafedra müdiri dosent Zümrüd Cavadova,  rəhbəri baş müəllim Telli Cabbarova və bütün tələbələrə  öz təşəkkürünü bildirdi.