Məlum olduğu kimi 16 fevral 2018-ci il tarixindən Pedaqoji fakültəninTSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri Psixologiya kafedrasının b/m Pərvanə Məmmədova və b/m Leyla Həsənovanın rəhbərliyi altında təcrübəyə çıxmışlar. Hal-hazırda onlar SOS uşaq kəndində və Loqos Psixoloji və Nitq İnkişafı mərkəzində uğurla təcrübə keçirlər.
Tələbələr SOS uşaq kəndinin psixoloqu Arzu Quliyeva və pedaqoqu Mətanət Həsənovanın köməkliyi ilə müəssisənin strukturu, iş prinsipləri, psixoloji xidmətin istiqamətləri ilə tanış olurlar. Tələbələr ailələrə təhkim olunaraq psixoloqun vəzifələri ilə əyani tanış olurlar.
Loqos Psixoloji və Nitq İnkişafı mərkəzinin baş psixoloqu Lyudmila Mansurova, psixoloqlar Zahid Tağıyev və Günel Paşayeva tələbələri müəssisənin nizamnaməsi, iş praktikası ilə tanış edir. Həmçinin uşaqlarda autizm və onun yaranma səbəbləri, aradan qaldırma yolları mövzusunda söhbət aparmış, mövzu maraqlı diskussiyaya səbəb olmuşdur. Tələbələr dərslərdə birbaşa iştirak edərək müxtəlif yaş dövrlərində olan insanlara psixoloji xidmətin xüsusiyyətləri ilə əyani tanış olurlar.