06.03.2018-ci il tarixdə fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Kazımovanın Məktəb təliminə hazırlığın əsasları fənnindən “Məktəbə hazırlıq qrupunda inkişaf sahələrinin kurikulumda inikası” mövzusunda açıq dərsi keçirildi. Dərsi interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim, dərsdə tələbələrin fəallığını təmin edərək məqsədinə nail oldu. Dərs “əla” qiymətləndirildi.