06.12.2017-cı il tarixdə Psixologiya kafedrasının dossenti Zərifə Nəsrullayevanın Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının II kursunda Uşaq psixologiyası fənnindən “Yeniyetmə şəxsiyyətin xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini b\m İ.Haqverdiyev, b\m Telli Cabbarova, b\m Tünzalə Cəlilova, b\m Pərvanə Məmmədova, b\m Səbinə Şahverdiyeva iştirak etdi. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər.