27 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə universitetimizin hörmətli rektoru prof.Y.Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bu təltif təkcə rektorumuzun deyil Gəncə Dövlət Universitetinin bütün kollektivinin,o cümlədən fakultəmizin çoxsaylı professor –müəllim heyətinin əməyinə verilən yüksək qiymətidir. Buna görə möhtərəm cənab Prezidentimizə fakultənin professor – müəllim heyəti və tələbə kollektivi adından dərin minnətdarlığımızı bildiririk. Hörmətli rektorumuz prof.Y.Yusibovu bu təltif münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.